EN

Lionel Skaloni Paraqvay yığmasına məğlubiyyəti şərh etdi

Argentina yığmasının baş məşqçisi Lionel Skaloni “albiseleste”nin Paraqvay yığmasına səfər məğlubiyyətini şərh edib.

Arena.az xatırladır ki, Argentina yığması 2026-cı il dünya çempionatının CONMEBOL bölgəsi seçmə mərhələsinin 11-ci turunda Paraqvay yığmasına səfərdə 1:2 hesabı ilə məğlub olub – meydan sahibləri əzmkar qələbə qazanıblar.

“Mən bura futbolçularımı tənqid etmək üçün gəlməmişəm. Mən onlara dəstək olmaq üçün buradayam. Biz çətin bir oyun olacağını bilirdik. İndi komandada yığmaya yeni gəlmiş çoxlu oyunçu var. Biz birinci hissədə yaxşı oynadıq, amma ikinci hissənin əvvəlində qol buraxmağımız işimizi çətinləşdirdi. Çox yaxşı müdafiə olunan rəqibi də təbrik etməliyik. İndi nikbin yola qayıdacağımıza ümidvarıq. Biz nəyi daha yaxşı etməyin mümkünlüyünü təhlil edəcəyik”, – Argentina yığmasının mətbuat xidməti yerli mütəxəssis Skalonidən sitat gətirir.

Məğlubiyyətinə rəğmən, Argentina yığması yarış cədvləlində zirvədəki yerini qoruyub saxlayıb. “Albiseleste” 11 turdan sonra 22 xalla 1-ci pillədədir. Paraqvay yığması isə 16 xalla 6-cı yerdə qərarlaşıb.

Chosen
49
arena.az

1Sources