EN

ABŞ Rusiya və Çinə görə nüvə arsenalını artıra bilər

“The Wall Street Journal” yazır ki, Vaşinqton Çin, Rusiya və Şimali Koreyadan gələn təhdidlərə görə ABŞ-ın nüvə arsenalını genişləndirmək qərarına gələ bilər.

Nəşrin istinad etdiyi ABŞ prezidenti Co Bayden administrasiyasının rəsmilərinə görə , Vaşinqton “Çin, Rusiya və KXDR-dən artan təhlükələrin qarşısını almaq üçün” nüvə qüvvələrini genişləndirməyə hazır olmalıdır.

Bununla belə, əlavə nüvə silahlarının yerləşdirilməsi qərarı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasının ixtiyarında qalacaq, qəzet qeyd edir.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya və ABŞ ən böyük nüvə dövlətləri kimi dünyanın taleyi üçün xüsusi məsuliyyət daşıyırlar .

DOĞRU.AZ

Chosen
42
dogru.az

1Sources