EN

"Yaşıl" hidrogen Azərbaycanın enerji ixracı portfelinin şaxələndirmə strategiyasının əsas elementidir - Nazir

Bakı. Trend:

"Yaşıl" hidrogen Azərbaycanın enerji ixrac portfelinişaxələndirmə və dekarbonizasiya siyasətini irəli aparmastrategiyasının əsas elementi olaraq çıxış edir.

Trend xəbər verir ki, bunuAzərbaycanın energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsindəenerji təşəbbüsləri üzrə Nazirlər Dialoqu zamanı bildirib.

"Hidrogen strategiyasının COP çərçivəsində elan edilməsi bu yolasadiqliyimizi vurğulayır. Bu təşəbbüs həm dövlət, həm dəqeyri-dövlət subyektləri üçün iqlim məqsədlərinə çatmaqda güclüstimula çevriləcək.

Burada, COP29-da hər birinizi bu öhdəliklərə qoşulmağa, iqlimtədbirlərini gücləndirməyə və parlaq gələcəyə doğru birgə addımlaratmağa dəvət edirik.

Biz, həmçinin, bu təşəbbüslərin gələcək COP sessiyalarındairəliləyişini qiymətləndirməyi və bu nailiyyətləri MAQATE vəIRENA-nın hesabatlarında əks etdirməyi vacib hesab edirik. Sizindəstəyiniz bizim kollektiv gücümüzü artırır. Gəlin, COP29-u qlobaliqlim səylərini yeni səviyyəyə qaldıran və dünyamız üçün dayanıqlıgələcək quran əlamətdar bir tədbir edək", - deyə nazirvurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
51
az.trend.az

1Sources