EN

Şimali Koreya, kamikadze PUA-larını sınaqdan keçirib

Şimali Koreya, lider Kim Jong-un rəhbərliyində kamikadze PUA-larını müxtəlif sınaqlara məruz qoyub.

Busaat.az  KCNA-nın məlumatına görə, Pilotsuz Uçan Aparatlar Texnologiyası Kompleksinə bağlı institut və müəssisələr tərəfindən istehsal olunan kamikadze PUA-lar sınaqdan keçirilib.

Testlər zamanı müxtəlif məsafələrdə istifadə ediləcək müxtəlif tip PUA-ların, müəyyən edilmiş marşrutlar boyunca uçduqdan sonra hədəfləri vurma qabiliyyətləri yoxlanılıb.

Testlərdə iştirak edən Kim Jong-un burada etdiyi çıxışında, PUA-ların yenilikçi texnologiyalarla hərbi qabiliyyətlərin əsas vasitəsi kimi istifadə edilməsinə dair dünya üzrə rəqabətin sürətlə artdığını qeyd edib.

Kim Jong PUA-ların böyük və kiçik münaqişələrdə istifadəsinin hərbi baxımdan əsas bir tələbat halına gəldiyini vurğulayıb.

Zeyd Bağırzadə

Chosen
25
busaat.az

1Sources