EN

Oğlu öldürülən anaya verilişə çıxdığına görə XƏBƏRDARLIQ

Qonşusunu xuliqanlıq niyyəti ilə öldürməkdə ittiham olunan 18 yaşlı Məzahir Bayramovun məhkəməsi başlayıb.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsindəki ilk iclas gərgin keçib.

İstintaq materiallarında yazılır ki, Məzahirlə 26 yaşlı mərhum İlham Haqverdiyev eyni yaşayış kompleksində yaşayıblar. Onlar arasında bu ilin martında baş verən mübahisə ölümlə nəticələnib.  

Öldürülən gəncin valideynləri isə ittihamla razı deyil. Onlar cinayətin hərtərəfli araşdırılmadığını düşünürlər.

Məsələ burasındadır ki, valideynlər oğullarını Məzahirin tək öldürmədiyini, ona daha üç nəfərin kömək etdiyini iddia edirlər. Hətta əllərində hadisə baş verən anın görüntüləri də var. Həmin kadrlar mərhum Məzahirin eyni binada yaşayan nişanlısı tərəfindən çəkilib. 

Mərhum gəncin anasının iddiaları isə nə istintaq vaxtı qəbul edilib, nə də indi onlara məhkəmə inanır.

Bu səbəbdən Xaliqə Əliyevə işə təsir edə biləcəyini düşünərək televiziya kanallarından birinin efirinə çıxaraq əvvəl qeyd etdiyimiz iddialarını səsləndirib, istintaqın aparılması müzakirə mövzusuna çevrilib. 

Bugünkü iclasda təqsirləndirilən şəxsin vəkili məhz bu məsələyə etiraz edib. Müdafiəçi vəsatət qaldıraraq istintaq sirlərinin qorunması üçün məhkəmə tərəfindən kanala xəbərdarlıq edilməsini istəyib: "Xaliqə xanımı bir neçə dəfə verilişə çıxarıb özlərindən məhkəmə qurublar. Hətta işdə adı keçən bir şahidə də təsir edilib. Xahiş edirik, bununla bağlı təcili tədbir görülsün".

Prokuror Valeh Ələkbərov vəsatətin hüquqi tərəfdən düzgün olmadığını deyib. Buna baxmayaraq, işin verilişdə müzakirə edilməsini də doğru hesab etmədiyini qeyd edib. 

Sədrlik edən hakim Telman Hüseynov vəsatəti qismən təmin edib. Belə ki, Xaliqə Əliyevaya bundan sonra verilişə çıxmaması ilə bağlı rəsmi xəbərdarlıq edilib. 

"Məni heç kim saxlaya bilməz. Yenə verilişlərə çıxacağam",-Xaliqə Əliyeva qərara belə münasibət bildirib.

Növbəti iclas dekabrın 6 dekabra təyin edilib.

Chosen
38
7
day.az

8Sources