EN

Prezident, nazirlər və deputatlar qaçdı: Abxaziyada nə baş verir?

Abxaziya prezidenti Aslan Bjaniya, Abxaziyanın İqtisadiyyat Nazirliyinin rəhbəri, Təhlükəsizlik Şurasının, Daxili İşlər Nazirliyinin rəhbərləri, eləcə də bəzi deputatlar hökumət binalarını tərk ediblər.

Publika.az xəbər verir ki, bu barədə AMRA-life teleqram kanalı məlumat yayıb.

Parlamentin qarşısında isə etiraz aksiyası davam edir, etirazçılar “fərari” şüarları səsləndirirlər. Demək olar ki, bütün deputatlar, Təhlükəsizlik Şurasının katibi Raul Lolua da parlamenti tərk edib.

Müxalifət parlamentin qarşısındakı həyəti tamamilə zəbt edib. Abxaziyada bir neçə gündür etirazlar davam edir, parlament binası yaxınlığında keçirilən aksiya deputatların investisiya fəaliyyəti ilə bağlı Rusiya-Abxaz sazişinə baxmaq və ratifikasiya etmək planları ilə bağlıdır. Deputatlar iclası təxirə salıb, növbəti iclasın vaxtı hələ açıqlanmayıb.

Chosen
36
3
publika.az

4Sources