EN

Azərbaycanlı FİFA referisi Niderlandın oyununa təyinat aldı

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

"Operativ Media" xəbər verir ki, bu haqda AFFA-nın saytı məlumat yayıb.

Ə.Ağayev UEFA Millətlər Liqasının A Liqasının 3-cü qrupu çərçivəsində keçiriləcək VI turun Bosniya və Herseqovina – Niderland oyununun baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Matçın VAR hakimləri Polşadan Tomasz Kwiatowski və Pawel Pskit olacaq.

Noyabrın 19-da Zenitsa şəhərində yerləşən “Bilino Polje” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Chosen
56
43
operativmedia.az

10Sources