EN

Şolts Putinlə söhbət planlarını müttəfiqləri müzakirə edib - KİV

Almaniya kansleri Olaf Şolts müttəfiqləri ilə Rusiya prezidenti Vladimir Putinə zəng etmək planlarını müzakirə edib. 

Qaynarinfo "Bild”ə istinadən xəbər verir ki, Şolts bu barədə oktyabrın 18-də Berlində ABŞ prezidenti Co Bayden, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüş zamanı danışıb.

Qəzetin yazdığına görə, Almaniya kanslerinin çağırışında məqsəd Rusiya prezidentinin Ukrayna ilə münaqişə ilə bağlı danışıqlara hazır olub-olmadığını anlamaq istəyi olub. Şoltsun almanca danışdığı və Putinin tərcüməçi tələb etmədiyi qeyd edilir. Rusiya prezidentinin sözləri kansler üçün tərcümə edilib.

Rusiya prezidenti ilə Almaniya kansleri arasında söhbət Almaniya tərəfinin təşəbbüsü ilə baş tutub. Şolts münaqişəyə son qoymağın zəruriliyindən danışıb, Rusiya qoşunlarının Ukraynadan çıxarılmasına və danışıqlara başlanılmasına çağırıb. Putin bildirib ki, Moskva heç vaxt danışıqları bərpa etməkdən imtina etməyib və Rusiyanın tələblərini xatırladıb.

Nizami Bağırov
Chosen
31
50
qaynarinfo.az

10Sources