EN

Qazaxıstan dövlət xidmətlərində dayanıqlı inkişaf prinsiplərinin tətbiqi üçün ciddi səylər göstərir

Bakı. Trend:

Qazaxıstan dövlət və ictimai xidmətlər sahəsində dayanıqlıinkişaf prinsiplərinin tətbiqi üçün ciddi səylər göstərir.

Trend xəbər verir ki, bunuQazaxıstanın rəqəmsal inkişaf üzrə birinci vitse-naziri KanışTuleuşin “Yaşıl Rəqəmsal Fəaliyyət” mövzusunda keçirilən yüksəksəviyyəli dəyirmi masada deyib.

“Hazırda bütün ölkələr istixana qazı emissiyalarının azaldılmasıvə karbon neytrallığına nail olmaqla bağlı müəyyən hədəflərə çatmaqüçün səylər göstərir. Qazaxıstan da bu baxımdan istisna deyil. Bizdövlət və ictimai xidmətlər sahəsində dayanıqlı inkişafprinsiplərinin tətbiqi, GovTech həllərinin hazırlanması və butexnologiyaların digər ölkələrlə mübadiləsi istiqamətində ciddisəylər göstəririk.

Rəqəmsallaşmanın bu proseslərdə əsas rol oynadığına inanırıq. Buistiqamətdə sənaye əsaslı “ağıllı şəhərlər” layihələri kimimüxtəlif texnologiyalar və layihələr inkişaf etdiririk. Özəlsəviyyədə isə emissiyaların avtomatlaşdırılmış monitorinqsistemləri və “ağıllı” yataqlarda avtomatlaşdırılmış idarəetməsistemləri hazırlayırıq. Digər ölkələrlə birgə hablar vasitəsilə butexnologiyaları Qazaxıstan hüdudlarından kənara çıxarırıq.

Dövlət səviyyəsində isə GovTech çərçivəsində karbonemissiyalarına dair məlumatların izlənməsi və yoxlanılması, meşəyanğınlarının erkən aşkarlanması və digər texnologiyaların tətbiqiüçün blokçeyn əsaslı müxtəlif texnologiyalar hazırlayırıq. Butexnologiyaları açıq şəkildə digər ölkələrlə paylaşırıq. Hesabedirik ki, bu, yeni beynəlxalq standartların yaradılmasına töhfəverəcək və bu qlobal məsələnin öhdəsindən gəlməyə kömək edəcək”, -deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
71
az.trend.az

1Sources