EN

"PAŞA Kapital" və "Crossinvest Zürich AG" arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)

Bakı. Trend:

15 noyabr 2024-cü il tarixində "PAŞA Kapital"ın ofisində baştutan imzalama mərasimində "PAŞA Kapital" İnvestisiya Şirkətininİdarə Heyətinin sədri Ceyhun Hacıyev, Crossinvest Zürich AG-ninİdarə Heyətinin üzvü və İnkişaf Edən Bazarlar üzrə rəhbəri FəqanNağıyev iştirak edib.

İki şirkət arasındakı strateji əməkdaşlığa dair bağlanmış bumemorandum çərçivəsində tərəflər maliyyə təhlili və investisiyaidarəçiliyi sahələrində bilik və təcrübə mübadiləsi aparmağıplanlaşdırır.

Bu əməkdaşlıq, "PAŞA Kapital"ın yerli və xarici kapitalbazarlarında fəaliyyətini daha da möhkəmləndirməklə yanaşı,Crossinvest Zürich AG-nin xarici investisiya məsləhətçiliyisahəsində aktivliyini genişləndirməklə sektorun ümumi inkişafınatöhfə vermək məqsədini daşıyır.

Yerli və beynəlxalq investisiya imkanlarının dəyərləndirilməsivə bu imkanlardan investorların maksimum faydalanmasını təmin etməküçün gələcək əməkdaşlıq perspektivlərinin də nəzərdən keçirilməsiplanlaşdırılır.

"PAŞA Kapital" İnvestisiya Şirkətinin məhsul və xidmətlərihaqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlayavə ya https://www.pashacapital.az/saytına daxil ola bilərsiniz.

Chosen
23
1
az.trend.az

2Sources