EN

Abxaziyada durum kəskinləşir – Zurabişvilidən açıqlama gəldi

Gürcüstan Prezidenti Salome Zurabişvili Abxaziyada Rusiya ilə investisiya sazişinə etiraz edənlərlə həmrəy olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, prezident Gürcüstanın bu ərazisində Rusiya qanununun tətbiqinin yolverilməz olduğunu söyləyib.

“İşğal olunmuş Abxaziyada Rusiya qanunlarının tətbiqinə cəhd edilir, amma oradakı vətəndaş cəmiyyəti buna qarşı çıxır. Mən onlarla həmrəy olduğumu bildirmək istəyirəm”, - Zurabişvili qeyd edib.

Bir neçə gündür Abxaziyada Aslan Bjaniyanın başında durduğu separatçı rejimə qarşı kütləvi etiraz aksiyası keçirilir. Buna Moskva ilə imzalanmış “İnvestisiya fəaliyyəti haqqında saziş”i ratifikasiya etmək planı səbəb olub. Müqavilə Rusiya biznesinə önəmli vergi güzəştlərini nəzərdə tutur. Separatçıların müxalif qanadı hesab edir ki, təklif olunan şərtlər Abxaziya üçün son dərəcə əlverişsizdir.

Dünən etirazçılar qondarma qurumun parlamenti və prezident aparına basqın ediblər. Bundan sonra Bjaniya müqaviləni ləğv edəcəyinə söz versə də, geri addım atmayıb. Son məlumata görə, o, “sazişi ratifikasiya edən qanun layihəsi”nin ləğviylə bağlı sənədi imzalamayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
35
teleqraf.com

1Sources