EN

Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb

Prezident Salome Zurabişvili Gürcüstanın işğal edilmiş bölgələri Abxaziya və Cənubi Osetiya ilə sərhədləri nişanlamağa başlaması ilə bağlı Rusiyanın Tiflisə qarşı irəli sürdüyü son tələbinə cavab verib.
 
Moderator.az xəbər verir ki, prezident Rusiyanın Gürcüstanın bu ərazilərini ilhaq etmək niyyətində olduğunu bildirib.
 
“Rusiya Gürcüstandan delimitasiyaya razılıq verməsini tələb edir, çünki ilhaq istiqamətində tələsir. Bu, ağlasığmazdır və Gürcüstan hökumətinin güzəştlərin Rusiya siyasətini dəyişə biləcəyi ilə bağlı məntiqinə uyğun gəlmir. Görünür, dəyişməyə yox, işi sürətləndirməyə çalışırlar”, - Zurabişvili söyləyib.
 
Rusiya Xarici İşlər Nazirliyi bundan öncə Tiflisin Moskvaya qarşı ikinci cəbhə açmaq niyyətində olmaması ilə bağlı bəyanatlarına reaksiya verib. Qurum Tiflisdən gələn barışıq siqnallarına cavab olaraq, Gürcüstan hökumətini separatçı bölgələrlə sərhədlərdə delimitasiyaya başlamağa çağırıb. /Teleqraf.com/
 
Chosen
16
1
moderator.az

2Sources