“Dünya media gündəmini izləsək, bu gün Azərbaycanın trendə çevrildiyini müşahidə edərik”.
Bunu Yenicag.az-a videomüsahibəsində beynəlxalq iqlim tədbirinin Azərbaycanda keçirilməsinin ölkəmiz üçün əhəmiyyətindən danışan COP29-da iştirak edən media eksperti Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, Azərbaycanda təqribən üç mindən çox KİV, media subyekti və jurnalistlər qeydiyyatdan keçiblər.
“Əlavə olaraq on minə yaxın qeyri-hökumət təşkilatları nümayəndələri COP-la bağlı prosesləri işıqlandırırlar. Bir sözlə, Azərbaycan COP29 fonunda dünya media gündəminə çevrilir”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
Samir Məcidov