EN

Elm və Təhsil Nazirliyinin COP29-da 18 noyabr gündəliyi

Noyabrın 18-də COP29 çərçivəsində keçiriləcək İnsan İnkişafı / Uşaq və Gənclər / Sağlamlıq / Təhsil tematik Günündə Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə baş tutacaq tədbirlərə dair gündəliyi təqdim edirik. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb.

Bildirilib ki, ilk dəfə keçiriləcək İnsan İnkişafı Günündə insan inkişafı, gənclər, səhiyyə və təhsil məsələlərinə əlaqəli şəkildə yanaşılacaq, eyni zamanda hər bir tematik problemə, o cümlədən iqlim dəyişməsinə ayrıca bir prioritet məsələ kimi hərtərəfli baxılacaq. 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı əsasında keçiriləcək tədbirlərdə yaşıl təhsil, şagirdlərin ətraf mühit savadlılığı, təhsilin iqlim dəyişmələri ilə mübarizədə rolu və digər mövzular müzakirə olunacaq.

Chosen
48
3
qafqazinfo.az

4Sources