EN

İranın xarici işlər naziri Avropanı hədələdi

Musavat.com xəbər verir ki, İranın yeni xarici işlər naziri Abbas Araqçı Avropaya xəbərdarlıq edib. Onun sözlərinə görə, əgər Avropa dövlətləri Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyətində İrana qarşı qətnamə qəbul edərsə, İran dərhal buna cavab olaraq qarşılıqlı addımlar atacaq və öz nüvə proqramında yeni mərhələyə keçəcək.

Araqçı bildirib ki, bu cür hərəkətlərə qarşı İranın cavabı sərt olacaq: “Əgər Avropa dövlətləri bizə qarşı belə bir addım atarsa, buna adekvat şəkildə reaksiya verəcəyik və nüvə proqramımızda yeni irəliləyişlərə imza atacağıq.”

Qeyd edək ki, İranın nüvə proqramı ətrafında müzakirələr son zamanlar yenidən qızışıb və beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Avropa dövlətlərinin İranla bağlı hansı qərarı verəcəyi yaxın günlərdə məlum olacaq.

Musavat.com

Chosen
42
2
musavat.com

3Sources