EN

Zelenski liderlər sammitinə DƏVƏT EDİLMƏDİ

Ukrayna prezidenti Volodimir Zelenski Rio-de-Janeyroda keçiriləcək G20 dövlət başçılarının sammitinə dəvət olunmayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts məlumat verib.

 

Kanslerin sözlərinə görə, o, Ukrayna prezidentini dəvət etmək üçün “çox çalışıb”.

 

“Gizlətmək istəmirəm ki, Ukrayna prezidenti digər görüşlərdən fərqli olaraq, dəvət olunmamasına görə çox təəssüflənirəm”, - Şolts sammitə getməzdən əvvəl jurnalistlərə bildirib.

 

Onun sözlərinə görə, Zelenskinin sammitə qatılmaması təşkilatın hansı “ciddi problem”lə üzləşdiyini göstərir.

 

Ukrayna G20-nin üzvü deyil, lakin Zelenski təşkilatın 2022-ci ildə keçirilən sammitinə dəvət olunub. 2023-cü ildə o, Hindistanda keçirilən sammitə də dəvət edilməyib.

 

G20 sammiti noyabrın 18-19-da keçiriləcək. Sammitdə Ukrayna və Yaxın Şərqdəki münaqişələrin, iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması və yoxsulluqla mübarizə məsələlərinin müzakirəsi planlaşdırılır.

Chosen
49
6
modern.az

8Sources