EN

Həbsdə olan sabiq tabor komandiri kassasiya şikayəti verdi

Müdafiə Nazirliyinin hərbi-hissəsinin rüşvət almaqda və mənimsəmədə təqsirləndirilən sabiq tabor komandiri Elnur Əliyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb. 

 

Xatırlatma: Bakı Hərbi Məhkəməsinin hökmü ilə istintaq dövründə barəsində həbs qətimkan tədbiri seçilməmiş Elnur Əliyev 5 il müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

 

Qeyd: Elnur Əliyevə Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) maddəsindən əlavə eyni məcəllənin 179.1-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham verilib.

 

Kamal Məmmədov

Tarix: 18 Noyabr 2024, 08:51   
Chosen
39
pravda.az

1Sources