EN

COP29 prezidenti: Bu gün Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsi təqdim olunacaq

“Qlobal İqlim Şəffaflığı üzrə Bakı Bəyannaməsini təqdim etməkdən qürur duyuram. Bəyannamə şəffaflığı və beynəlxalq əməkdaşlığı təşviq etməklə bağlı bizim kollektiv əzmimizi vurğulayır. Bəyannamə Bakı Şəffaflıq Platforması ilə paralel işləyəcək”.

“İki sahil” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Mavi zonada keçirilən Yaponiya, Cənubi Afrika Respublikası, Amerika Birləşmiş Ştatları, İtaliya Respublikası, Qazaxıstan Respublikasının nazirlərinin iştirakı ilə "Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası"nda deyib.

"Bu gün mən ikiillik şəffaflıq hesabatlarına və COP29 sədrliyinin iqlim fəaliyyətində şəffaflığı necə dəstəklədiyinə diqqət yetirmək istərdim. Şəffaflıq beynəlxalq prosesdə inam və etibar yaradır. O, bizim məsuliyyətimizi dəstəkləyir və iqlim fəaliyyətinə dair ambisiyalarımızı artırır. Azərbaycanın İkiillik Şəffaflıq Hesabatının (BTR) bu həftə təqdim olunmağa hazır olduğunu bildirməkdən məmnunam. Şəffaflıq həmçinin ölkələrə iqlimlə bağlı fəaliyyət potensiallarını daha yaxşı anlamağa və ehtiyaclarını müəyyən etməyə kömək edir", - deyə Muxtar Babayev əlavə edib.

Chosen
85
10
ikisahil.az

10Sources