EN

Zelenski: Sadəcə raketlər öz sözünü deyəcək...

Vladimir Zelenski Ukraynanın Rusiyanın dərinliklərinə raket zərbələri endirməsinə icazə verilməsi ilə bağlı xəbərlərə münasibət bildirib...

Poliqon xəbər verir ki, Zelenski bu barədə özünün gündəlik videomüraciətində bildirib. Videomüraciət Zelenskinin rəsmi Telegram kanalında yayımlanıb. Ukrayna prezidenti qeyd edib ki, Rusiya ərazisinə zərbələr elan edilmir və sadəcə raketlər öz sözünü deyəcək. Prezident Ukraynanın bu fürsətdən yararlanacağına söz verib.

Xatırladaq ki, Amerikanın “The New York Times” qəzeti noyabrın 17-də yazıb ki, ABŞ prezidenti Co Bayden Rusiya ərazisini vurmaq üçün ATACMS taktiki raketlərindən istifadə etməyə razılıq verib. Nəşrin fikrincə, raketlər çox güman ki, Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin müdafiəsi məqsədilə Rusiya və KXDR-ə qarşı hərbi əməliyyatlarda istifadə olunacaq.

Reuters Agentliyi mənbələrə istinadən bildirib ki, yaxın günlərdə ABŞ-ın uzaqmənzilli silahları ilə Rusiya ərazisinə raket zərbələri endirilə bilər. Lakin gözlənilən hücumların təfərrüatları məlum deyil.

Poliqon.info

Chosen
21
poliqon.info

1Sources