EN

Emin Əmullayev: "Qarabağda təhsil və innovasiyalarla dayanıqlı inkişaf təmin ediləcək"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qarabağda təhsil və innovasiyalarla dayanıqlı inkişaf təmin ediləcək".
Oxu.Az xəbər verir ki, bunu COP29 çərçivəsində iqlimədayanıqlı gələcək üçün insan inkişafına investisiya üzrə yüksəksəviyyəli görüşdə çıxışı zamanı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, bu ərazilərdə təhsil və innovasiyalar üçün əlverişli şərait yaradılır:
"Məqsədimiz dayanıqlı icmalar formalaşdırmaq və bölgədə təhsil vasitəsilə inkişafa töhfə verməkdir".
E.Əmrullayev beynəlxalq əməkdaşlığın əhəmiyyəti barədə bu fikirləri deyib:
"UNESCO və OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı - red.) kimi təşkilatlarla birgə Azərbaycanın təhsil sistemində iqlim göstəricilərinin beynəlxalq qiymətləndirmələrə (PISA) inteqrasiyası və daha yaşıl təhsil yanaşmalarına keçid istiqamətində işlər davam etdirilir. Bu tədbirlər çərçivəsində kurikulumun yenilənməsi, müəllim hazırlığının təkmilləşdirilməsi və davamlılıq prinsiplərini təşviq edən məktəblərin yaradılması əsas məqsədlərdəndir".
Məhərrəm Əliyev
Chosen
40
50
oxu.az

10Sources