EN

Yaşayış minimumu və ehtiyac meyarı artırılacaq - Samir Şərifov

Gələn ilin dövlət büdcəsində xalqımızın rifahının yaxşılaşdırılması ənənəvi olaraq prioritet təşkil edir.

Olaylar-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zaman deyib.

Nazir bildirib ki, sosialyönümlü xərclər 2025-ci il dövlət büdcəsində də əsas götürülüb.

"Prezidentin müvafiq tapşırığının icrası olaraq əməkhaqqı, pensiya, sosial müavinətlər xərcləri üçün 2025-ci ilin dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulub. Yaşayış minimumu və ehtiyac meyarının 270 manatdan 285 manata çatdırılması nəzərdə tutulub. Sosial təminat və sosial müdafiə xərclərinə 2024-cü illə müqayisədə 9,6 % artıq vəsait ayrılacaq", - deyə nazir əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
49
5
olaylar.az

7Sources