EN

Çin Rusiyadan qaz idxalını ARTIRIR - Daha bir kəmər tikiləcək

Rusiya Qazaxıstanın şərqindən keçməklə Çinə illik gücü 35 milyard kubmetrə qədər olan yeni qaz ixrac kəmərinin tikintisini nəzərdən keçirir.

 

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda açıqlamanı baş nazirin müavini Aleksandr Novak Rusiya və Çin əlaqələri ilə bağlı keçirilən forumda çıxışı zamanı deyib. Novakın sözlərinə görə, layihənin inkişafı ilkin mərhələdədir.

 

Baş nazirin müavininin sözlərinə görə, bu il Rusiyanın Çinə qaz tədarükü LNG də daxil olmaqla 40 milyard kubmetr həcmində qiymətləndirilir. Amma Çinin idxal qazına tələbatı böyükdür.

 

“Global Energy”nin məlumatına görə, 2023-cü ildə Çin LNG daxil olmaqla 159,1 milyard kubmetr qaz idxal edib.

 

Qeyd edək ki, hazırda Rusiyadan Çinə ötürücülük qabiliyyəti 10 milyard kubmetr olan Saxalin-Xabarovsk-Vladivostok qaz kəmərinin tikintisi həyata keçirilir. Tikintinin 2027-ci ildə başa çatdırılması planlaşdırılır. Bundan əlavə, Moskva və Pekin Monqolustandan keçməli olan 50 milyard kubmetr tutumlu “Sibirin Gücü” qaz kəmərinin ikinci xəttinin yaradılması ilə bağlı danışıqlar da aparır.

 

Vasif

Sfera.az

Chosen
28
sfera.az

1Sources