EN

İordaniyalı tələbə: COP29-da yeni texnologiyalar və süni intellektdən istifadə yollarını öyrəndim

COP tədbirində ilk dəfə iştirak edirəm. Bakıda keçirilən COP29-da iştirak etməkdə əsas məqsədim süni intellekti iqlimlə bağlı layihələrə uyğunlaşdırmaq yollarını öyrənməkdir.

Bunu AZƏRTAC-a müsahibəsində iordaniyalı tələbə Ranim Əl Xanji deyib. R.Xanji COP29-da süni intellektlə bağlı panel iclaslara və müzakirələrə qoşulduğunu bildirərək qeyd edib: “Burada yeni texnologiyalar və süni intellektdən istifadə yollarını öyrəndim. Qeyd etməliyəm ki, ölkəm İordaniya da iqlim dəyişmələrindən əziyyət çəkir. İordaniyanın havasında böyük dəyişikliklər baş verir. Belə ki, yay ayları daha isti, qış ayları isə daha qısa olur. Çox az miqdarda yağış yağır. Zənnimcə, bunun əsas səbəbi atmosferə buraxılan tüstülər və çoxlu sayda tullantılardır. Ümid edirəm ki, COP29 konfransında ölkəmin üzləşdiyi iqlim problemlərinin həlli yolu tapılacaq. Məndə bu konfransın nəticəsi olaraq çoxlu sayda məlumatlar, yeni ideyalar meydana gəldi. Mən həmin ideyalarımı COP29-dan sonra daha da təkmilləşdirərək iqlim problemlərinin həllində tətbiq edəcəyəm. Bildirim ki, COP29 yüksək səviyyədə təşkil olunduğundan mən hər bir sessiyada vaxt itirmədən iştirak edə bilirəm”.

Chosen
28
xalqqazeti.az

1Sources