EN

Borrell ABŞ-ın Rusiyaya dərin zərbələr endirmək qərarını dəstəkləyib

Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Kiyev əvvəlcə Qərbin Rusiya ərazisinə uzaqmənzilli silahlarla dərin hücuma keçməsinə icazə vermək ideyasını dəstəkləyib.

Editor.az xəbər verir ki, onun sözlərini RİA Novosti yayıb. Borrelin sözlərinə görə, müvafiq məsələ bazar ertəsi, noyabrın 18-də Aİ Xarici İşlər Nazirləri Şurasında müzakirəyə çıxarılacaq. Bundan əvvəl ABŞ-ın keçmiş dəniz piyadası Skott Ritter bəyan etmişdi ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kiyevin Rusiyanı uzaqmənzilli ATACMS raketləri ilə vurmasına icazə verərək vəziyyətə müdaxilə etməlidir, çünki belə bir addımın həyata keçirilməsi ölümcül olacaq.

ABŞ prezidenti Co Baydenin Ukraynaya ATACMS raketlərindən istifadə edərək Rusiyaya zərbə endirmək imkanı vermək qərarı haqqında ilk dəfə New York Times qəzeti yazıb. Nəşrin mənbələrinin bildirdiyinə görə, bu addım Şimali Koreya əsgərlərinin Rusiya ərazisində hərbi əməliyyatlarda guya iştirakına cavab olub. Güman edilir ki, ABŞ bu yolla Şimali Koreyanın ordusunun təhlükə altında ola biləcəyini və Pxenyanın artıq münaqişə zonasına qüvvə göndərməməli olduğunu başa düşməsini istəyir.

//Gülnarə Abasova, Editor.az

Chosen
48
44
editor.az

10Sources