EN

UNİCEF rəsmisi: İqlim və təhsil problemləri bir-birilə çox əlaqəlidir

2022-ci ilin yanvarından bu ilin aprel ayına qədər dünyada 104 milyon uşaq məktəb bağlanması ilə üzləşib.

Bakıvaxtı.az xəbər verir ki, bunu UNICEF-in icraçı direktorunun müavini Kiti van der Heyden COP29 çərçivəsində "Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı" mövzusunda keçrilən yüksək səviyyəli paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qasırğa, daşqın və ya quraqlıq kimi iqlim şoku yaşayan uşaqların 43%-i belə təbii fəlakətlərdən sonra psixoloji gərginliklər keçirir ki, bu da yenə təlim nəticələrinə təsir göstərir:

"İqlim şoku səbəbindən iqlim və təhsilin əlaqəli olmadığını demək düzgün deyil. Düşünürəm ki, təhsildə iqlim investisiyaları mütləqdir. Çünki təhsil iqlim adaptasiyasına ən yaxşı sərmayədir. İqlim və təhsil problemləri bir-birilə çox əlaqəlidir. Bilirik ki, 80 ölkədə etdiyimiz kimi məktəblərin günəş enerjisi ilə təmin edilməsi əslində daha çox iqlim məlumatlılığı, ətraf mühitə cəlb olunma yaradır".

Chosen
52
1
bakivaxti.az

2Sources