EN

Kiyev Qərb raketlərini hara atacaq? Ekspert mümkün hədəfləri açıqladı

Ukraynaya Rusiyaya uzaqmənzilli raketlər atmağa icazə verildikdən sonra hərbi aerodromlar Silahlı Qüvvələrimizin əsas hədəfinə çevrilə bilər.

Bunu ehtiyatda olan 1-ci dərəcəli kapitan, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin keçmiş qərargah rəisinin müavini Andrey Rıjenko “Azadlıq” radiosuna açıqlamasında deyib.

“Mən belə düşünürəm ki, bu qərar artıq yetişmişdi. Çünki düşmənin 200-dən çox hava silahından istifadə edən rekord hücumundan sonra (noyabrın 17-də olub - red.) Qərb liderləri nəhayət ki, bu məsələyə razılaşa bildirlər”, - o qeyd edib.

Xatırladaq ki, dünən “New York Times” (NYT) öz mənbələrinə istinadən diqqət çəkən məlumat yaymışdı. Nəşr iddia edib ki, ABŞ prezidenti Cozef Bayden ilk dəfə olaraq Ukraynaya Rusiya ərazisinə hücum etmək üçün ATACMS raketlərindən istifadə etməyə icazə verib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Chosen
46
news365.az

1Sources