EN

Hərbi prokuror Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ilə görüşüb - FOTOLAR

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası və COP29, eləcə də hüquqi biliklərlə bağlı maarifləndirmə ilə əlaqədar Hərbi prokuror Xanlar Vəliyev Dövlət Sərhəd Xidmətinin (DSX) N saylı hərbi hissəsində hərbi qulluqçularla görüş keçirib. Bu barədə SİA-ya Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin iştirakı, Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və DSX-nin yüksək rütbəli hərbi qulluqçularının Xaçmaz rayonunda rayon rəhbərliyi ilə birgə keçirdikləri tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi və şəhidlər guşəsi önünə gül dəstələri düzülərək, əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb, Dövlət Himni səsləndirilib.

Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev, DSX rəisinin şəxsi heyətlə iş üzrə müavini, general-leytenant Rəsul Tağıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxışlarında nəhəng tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 21 il müddətində ölkəmizdə görülmüş müstəsna işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə qazanılmış misilsiz uğurların qazanılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm əhəmiyyət kəsb etməsindən söz açıblar. Eləcə də ətraf mühitin daha da sağlamlaşdırılmasından və etibarlı qorunmasından bəhs edilib.

Habelə, ölkə rəhbərinin uğurlu xarici siyasəti sayəsində dövlətimizin beynəlxalq aləmdə durmadan artan nüfuzundan, o cümlədən ölkəmizdə keçirilən COP29-un mahiyyətindən və əhəmiyyətindən, eyni zamanda, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin ekoloji qanun pozuntularından, o cümlədən ekoloji cinayətlərdən və məsuliyyətdən danışılıb.

Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olub. Onları maraqlandıran suallar cavablandırılıb, eləcə də hərbçilərin məişət və xidmət şəraiti, həmçinin, qayğı və problemləri ilə maraqlanılıb.

Tədbirdən sonra ağaclar əkilib.

Chosen
10
49
sia.az

10Sources