EN

Aİ Gürcüstana siyasi missiya göndərəcək

Avropa İttifaqı seçkilərdən sonra ölkədə baş verənləri öyrənmək üçün Gürcüstana siyasi missiya göndərəcək.
Yeniavaz.com
xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Cosep Borrell Brüsseldə 27 icma ölkəsinin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“Biz baş verənləri öyrənmək üçün Gürcüstana siyasi missiya göndərəcəyik”, - Borrell deyib.
Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası 53,93% səs toplayıb, qalib gəlib və fərdi qaydada hökumət qurmaq hüququ əldə edib. Dörd müxalifət partiyası beş faizlik baryeri keçib.
Parlamentə daxil olan bütün müxalifət partiyaları seçkinin nəticələrini saxta hesab etdikləri üçün onları tanımaqdan imtina ediblər. Noyabrın 4-dən müxalifət liderləri etiraz aksiyaları keçirir və hakimiyyəti yeni seçkilər təyin etməyə məcbur etməyi planlaşdırırlar.
Chosen
20
13
yeniavaz.com

10Sources