EN

İtaliyanın Qədim Pompey şəhərinə gündəlik ziyarətçi limiti tətbiq edilib

İtaliyanın Qədim Pompey şəhərinə gündəlik ziyarətçi limiti tətbiq edilib

İtaliyada yerli insanları və həssas tarixi yerləri overturizmin mənfi təsirlərindən qorumaq üçün bir-birinin ardınca yeni tədbirlər elan edilib.Noyabrın 15-dən etibarən dünyanın ən məşhur arxeoloji abidələrindən biri olan Pompeydə giriş məhdudiyyətləri qoyulub. Pompey Arxeoloji Parkına gündəlik ziyarətçi limiti 20 min olaraq müəyyən edilib, sıx dövrlərdə və saatlarda isə limit 5 minə endiriləcək.Eramızdan əvvəl 79-cu ildə Vezuvi dağının püskürməsi nəticəsində dağılan Pompey Qədim Şəhərinin xarabalıqlarını ötən il 4 milyon insan ziyarət edib.Arxeoloji sahədə gündəlik rekord pulsuz girişin həyata keçirildiyi keçən oktyabrın ilk bazar günü 36 mindən çox ziyarətçi ilə qırılıb.Park direktoru Qabriel Zuçtriegel bu cür izdihamın həm ziyarətçilər, həm də unikal və həssas tarixi irs üçün risk yarada biləcəyi səbəbiylə yeni tədbirlərə ehtiyac olduğunu söyləyib.

Chosen
38
1
afn.az

2Sources