EN

Adnanın dostu və ya qəlyan düzəltməyi də öyrəndik, futbol oynamağı yox!

COP29 çərçivəsində ölkəmizə səfər eləyənlər arasında "Barselona"nın prezidenti Xoan Laporta da var.

Bakıya iş adamı Adnan Əhmədzadənin dəvəti ilə gələn ünlülərdən biri də odur.

Şəhərimizdəki restoranların birində istirahət edən Laportaya çəkdiyi qəlyan o qədər ləzzət eləyib ki, dünyada ən yaxşı qəlyanlarından birinin Azərbaycanda olduğunu deyib.

Sağlamlığa zərər verdiyi üçün qəlyanla qürrələnməyin doğru bir şey olmadığını bilsək də, tanınmış futbol adamının bizi nəyləsə fərqləndirməsini eşitmək xoş hissdir.

Könül istərdi ki, Laporta bizim qəlyanımız barədə yox, futbolumuz barədə xoş söz desin. Amma o boyda kişi yalan danışası deyil ki... Bizdə futbol yoxdur, Laportaya maraqlı gələn qəlyanımızdır.

Laporta Bakıda qəlyan çəkir, biz isə dərd çəkirik. Onunku həzz, bizimki əzabdır. Belə baxanda bacarıqlı millətik.

Yaxşı qəlyan da düzəldə bilirik, yaxşı restoran işlətməyi də bacarırıq. Amma futbol nədirsə, bundan baş çıxara bilmirik. Qəlyan düzəltməyi də öyrəndik, futbol oynamağı yox! (sportal.az)

Həmid

Chosen
44
sportinfo.az

1Sources