EN

Hüquq müdafiəçiləri İranda həbsdə olan Nobel mükafatçısına azadlıq tələb edir

Image

Beynəlxalq hüquq müdafiə təşkilatları və yazıçılar Assosiasiyası BMT-nin İnsan Hüquqları üzrə Şurasına Nobel sülh mükafatı laureatı, İranda həbsdə olan məhbus Nərgiz Məhəmmədinin azadlığa buraxılması ilə bağlı müraciət ediblər. Bu barədə məlumatı “İran İnternational” yayıb.
Müraciət müəllifləri N.Məhəmmədinin saxlanılma şəraitinin ağırlığını və onun tibbi yardıma ehtiyacı olduğunu da vurğulayıblar. Məlumata görə, yaxın iki ayda İsveçrənin Cenevrə şəhərində İranda insan hüquqlarının vəziyyətini nəzərdən keçirmək üçün növbəti toplantı keçiriləcək. Müraciət müəllifləri toplantıda xanım Məhəmmədi ilə bağlı məsələnin də müzakirəyə çıxarılmasının, səhhəti pisləşdiyi üçün ona humanitar məqsədlə məzuniyyət verilməsinin vacibliyini vurğulayıblar.

Xatırladaq ki, 52 yaşlı N.Məhəmmədi son 20 ildə dəfələrlə həbs edilib və sonra azadlığa buraxılıb. O hazırda "İran əleyhinə təbliğat aparmaqda” ittiham olunaraq bir il müddətinə azadlıqdan məhrum edilib. Güney Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədi 2023-cü il üzrə Nobel Sülh mükafatına layiq görülüb.

Mətləb






Chosen
15
2
baki-xeber.com

3Sources