EN

Trampın komandasında böyük dava-İlon Mask ilə...

İddia olunur ki, ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampın komandasındakı vəzifələr uğrunda mübarizə qorxulu rəqabətə çevrilib.

Turkustan.az xəbər verir ki,Trampın yeni sevimlisi İlon Mask və Trampın hüquq müşaviri Boris Epşteyn arasında böyük dava düşüb.
ABŞ-da keçirilən prezident seçkiləri Donald Trampın qələbəsi ilə nəticələnib. Yanvarın 20-də işə başlaması gözlənilən prezidentin kabineti yavaş-yavaş formalaşarkən, Trampın komandasında ən diqqət çəkən adlardan biri də şübhəsiz ki, məşhur milyarder İlon Maskdır.

Seçkidəki qələbədən sonra Zelenski kimi dünya liderlərinin təbrik zəngləri zamanı Trampın yanında olduğu bilinən Maskın təyin olunacaq namizədlərlə bağlı fikirlərini verdiyi və 7/24 Trampın yanından ayrılmadığı iddia edilir. İlon Maskın Tramp ailəsi ilə paylaşdığı fotolar da bu iddiaları təsdiqləyir.

"Axios"-da dərc olunan hesabata görə Trampın keçid prosesi əvvəlcə sakit formada davam edirdi, amma indi bıçaqlar çəkildi. Trampın çevrəsindəki adların vəzifə uğrunda yarışdığını bildirən yayımçı, məsləhətçilərin mətbuata bir-birinin əleyhinə məlumatlar sızdırmağa başladığını, adının açıqlanmasını istəməyən mənbə isə seçki prosesinin bütün komandanı bir araya gətirdiyini, lakin şəxsi ambisiyaların ön plana çıxdığını iddia edib.

"Axios"-un fikrincə, bunun ən parlaq nümunəsi Trampın yeni sevimlisi İlon Maskla Trampın hüquq müşaviri Boris Epşteyn arasındakı gərginlikdir . Ötən həftə "Mar-a-Laqod"-da təşkil edilən şam yeməyi zamanı ikili arasında böyük mübahisə yaşandığı və müzakirənin kifayət qədər qızışdığı iddia edilir.

Müzakirənin şahidi olanlar bu anı “böyük partlayış” kimi dəyərləndiriblər.

Aytən Yaşar/ Turkustan.az

Chosen
21
50
turkustan.az

10Sources