AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Apasport.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.
Yığıncaqda aşağıdakı qərarlar qəbul edilib:
8 noyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XIII turun “Neftçi” – “Şamaxı” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);
9 noyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XIII turun “Səbail” – “Turan Tovuz” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Turan Tovuz” klubu 800 manat cərimə edilir (maddə 52.1);
6 noyabr 2024-cü il tarixində I Liqanın VII turunun “Qaradağ Lökbatan” – “Difai” oyununda “Difai” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Difai” komandası 70 manat cərimə edilir (maddə 37);
7 noyabr 2024-cü il tarixində I Liqanın VII turunun “Qəbələ” – MOİK oyununun 87-ci dəqiqəsində MOİK komandasının 6 nömrəli futbolçusu Rüstəm Hümbətov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, MOİK komandası 150 manat cərimə edilir (maddə 39.1);
8 noyabr 2024-cü il tarixində I Liqanın VII turunun “Mingəçevir” – “Baku Sportinq” oyununda “Mingəçevir” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Mingəçevir” komandası 70 manat cərimə edilir (maddə 37);
8 noyabr 2024-cü il tarixində I Liqanın VII turunun “Mingəçevir” – “Baku Sportinq” oyununda “Mingəçevir” komandasının məşqçisi Namiq İbrahimli matçın 72-ci dəqiqəsində ikinci sarı vərəqədan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir və təhdid etdiyinə görə 5 oyun cəzalanır, “Mingəçevir” komandası 400 manat cərimə edilir (maddə 43.4);
8 noyabr 2024-cü il tarixində I Liqanın VII turunun “Mingəçevir” – “Baku Sportinq” oyununda “Baku Sportinq” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Baku Sportinq” komandası 70 manat cərimə edilir (maddə 37);
9 noyabr 2024-cü il tarixində Əvəzedicilər liqasının XIII turunun “Araz-Naxçıvan-2” – “Sumqayıt-2” oyununun 82-ci dəqiqəsində “Araz-Naxçıvan-2” komandasının 90 nömrəli futbolçusu Tariq Hajjaj ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Araz-Naxçıvan-2” komandası 150 manat cərimə edilir (maddə 39.1);
10 noyabr 2024-cü il tarixində Əvəzedicilər liqasının XIII turunun “Səbail-2” – “Turan Tovuz-2” oyunu Təcili Tibbi Yardım avtomobilinin olmaması səbəbindən gec başladığına görə “Səbail-2” komandası 100 manat cərimə edilir (maddə 72.4);
10 noyabr 2024-cü il tarixində Əvəzedicilər liqasının XIII turunun “Səbail-2” – “Turan Tovuz-2” oyununda “Turan Tovuz-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz-2” komandası 70 manat cərimə edilir (maddə 37).
8 noyabr 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən Turan Tovuz FK-Qarabağ FK oyununda Qarabağ FK komandasının heyətində N1 futbolçu Oqtay Mehrəliyev qarşılaşmanın 80+4-cü dəqiqəsində komanda yoldaşını təhqir etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılmasına görə 3 oyun cəzalandırılsın. (maddə 43.1)
8 noyabr 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən Turan Tovuz FK-Qarabağ FK oyununda Qarabağ FK komandasının baş məşqçisi Rauf Əliyev qarşılaşmanın 67-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldıqdan sonra hakimləri təhqir və təhdid etdiyinə, oyunboyu hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirməyə davam etdiyinə görə 5 oyun cəzalandırılsın, müstəsna hal olaraq 500 manat cərimə edilsin (maddə 43.4, 1)
8 noyabr 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən Turan Tovuz FK-Qarabağ FK oyununda Qarabağ FK komandasının azarkeşləri hakimləri təhqir və təhdid etdiyinə, bu hal oyunboyu davam etdiyinə görə “Qarabağ” FK U-15 komandasının növbəti oyunu “Qarabağ” FK azarkeşləri olmadan keçirilsin (maddə 1);
10 noyabr 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən Masallı PFK –Əhmədoğlu FK oyununda Masallı PFK komandasının heyətində N2 futbolçu Rafiq Abdullayev qarşılaşmanın 50-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)
9 noyabr 2024-cü il tarixində AFFA U-12 Liqasında keçirilməli olan Ələt FK –Ərgünəş FK(Sumqayıt) oyunu Ərgünəş FK(Sumqayıt) komandası təyin edilən vaxt meydanda olmadığına görə baş tutmadığı üçün Ərgünəş FK(Sumqayıt) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);
10 noyabr 2024-cü il tarixində AFFA U-11 Liqasında keçirilən Masallı PFK–Ümid(Cəlilabad) oyununda Ümid(Cəlilabad) komandasının köməkçi məşqçisi Elçin Əsgərov qarşılaşmanın 45-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 42.4)
“Sumqayıt”dan bayram hədiyyəsi
“Green Future Golf Cup” turnirinə yekun vurulub
İsveçrə millisinin forvardı “Qarabağ”a keçidə razılıq verdi - ÖZƏL
Tural Axundov: "Fikirləşdim ki, gedib oralarda oynamamaqdansa..." - Müsahibə
Premyer Liqa klubu millimizin üzvünü istəyir