EN

Sualtı kabelləri kim kəsib: "Avropanın təhlükəsizliyi təhdid altındadır"

Almaniya və Finlandiya ölkələri birləşdirən sualtı kabelin kəsilməsindən narahatlıqlarını bildiriblər.

Teleqraf.com BBC-yə istinadla xəbər verir ki, 1.170 km uzunluğunda telekommunikasiya kabelinin qırılması Rusiya ilə gərginliyin artdığı bir dövrə təsadüf edir.

İki ölkənin xarici işlər nazirlərinin birgə bəyanatında deyilir:

“Avropanın təhlükəsizliyi yalnız Rusiya tərəfindən Ukraynaya qarşı aparılan müharibə ilə yox, eyni zamanda zərərli qüvvələrin həyata keçirdikləri hibrid müharibə ilə də təhdid altındadır”.


Müəllif: Qənirə Süleymanova
Chosen
9
teleqraf.com

1Sources