Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Camalov Firqət Kərim oğlu vəzifəsindən azad edilib.
Bizim.Media ”qaynarinfo az”a istinadən xəbər verir ki, bununla bağlı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev müvafiq əmr imzalayıb.
Digər əmrlə 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsinə Mirzəyev Oktay Səftər oğlu təyin olunub.
Bizim.Media