EN

Hakim Əliyevi hədələyib: “Həmin oyundakı hakimliyə də baxmaq lazımdır”

“Cəza aldığımdan mətbuat vasitəsilə xəbər tutdum”. Bunu futbolinfo.az saytına açıqlamasında “Qarabağ” U-15 komandasının baş məşqçisi Rauf Əliyev deyib.

O, U-15 liqasında keçirilən “Turan Tovuz”la matçda hakimi təhqir etdiyi üçün AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılmasına münasibət bildirib: “Mənə cəza veriblər, başa düşdüm, amma həmin oyundakı hakimliyə də baxmaq lazımdır. Bizdə görüntülər var. Baxsınlar ki, hakim nə hoqqalardan çıxıb. Məni qıcıqlandıran hakimin qərarları yox, etdiyi hərəkət idi. Futbolçularımın üstünə qışqıraraq irad bildirirdi. Mən də ona dedim ki, niyə qışqırırsan, vərəqə ilə cəzalandır? Elə ondan sonra başladı bizə qarşı yanlış şeylər etməyə. Hələ uşaqlara da deyib ki, görün məşqçinizə görə sizin başınıza nə oyun açıram. Bu da məni özümdən çıxardı. Etiraz elədim və ikinci sarı vərəqə verdi, məni meydandan uzaqlaşdırdı. Hələ bu azmış kimi matçdan sonra “bayaq nə deyirdin, bura gəl” ifadəsi lap mənə təsir elədi. Ondan sonra bir az qarışıqlıq oldu və bitdi”.

Əliyev bu qərardan apellyasiya şikayəti verilməsi ilə bağlı klubla müzakirələ aparacağını deyib: “Hələ indi bilmişik. Klubla məsləhətləşib qərar verəcəyik”.

Chosen
29
futbolinfo.az

1Sources