EN

ABŞ raketləri Rusiya ərazisində yerləşdirilir - Geri çəkilirlər

Ukrayna “yaşıl işıq” yandırıldıqdan sonra ilk növbədə Silahlı Qüvvələrin əməliyyatının davam etdiyi Rusiyanın Kursk vilayətində ABŞ-ın uzaqmənzilli ATACMS raketlərini yerləşdirə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumatlı mənbələrə istinadla yazır.

“Sistem Kursk vilayətində yerləşdirilərsə, ATACMS Rusiyanı mövqelərini cəbhə xəttindən daha da geri çəkməyə məcbur edə bilər. Hazırda Rusiya ordusu canlı qüvvə və texnikanı sürətlə köçürməyə qadirdir”, - ABŞ nəşri bildirir.

Məqalədə qeyd olunur ki, Rusiya ATACMS təhlükəsi ilə əlaqədar öz qoşunlarını dərinliklərə çəksə, rusların cəbhəyə çatmaları saatlarla vaxt aparacaq və bu, ukraynalılara öz hücumlarını daha yaxşı təşkil etmək üçün yeni imkanlar yaradacaq.

ATACMS üçün digər potensial hədəflərin Ukraynaya hücum edən bombardmançı və hücum helikopterlərinin yerləşdiyi Rusiya aerodromları olduğu vurğulanır.

“Rusiya ərazisində ATACMS-dən istifadə imkanı yüzlərlə potensial hədəfi Ukrayna üçün əlçatan edir. İndiyədək Rusiya narahat olmaqdan qorxmadan logistikanı cəbhə xəttinə çatdıra bilirdi. Sursat anbarları, aerodromlar və yollar indi də əlçatandır”, - deyə jurnalda qeyd olunur.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
29
teleqraf.com

1Sources