EN

“Özəlləşdirməyə getməliyik”- Qüdrət Həsənquliyev

Müdafiə və milli təhlükəsizliyimizi təmin edən şəxslərin əməkhaqqılarının artımına diqqət yetirilməlidir ki, onlar digər yollarla əlavə qazanclar barədə düşünməsin.

Bunu Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Qüdrət Həsənquliyev bildirib ki, əhalinin layiqli həyat səviyyəsinin təmin olunması dövlətin əsas milli marağı olmalıdır: “İnvestisiya qoyuluşunun azalması birbaşa milli təhlükəsizliyimizə təhdid kimi qiymətləndirilməlidir. Bizim 2014-cü ildə neftin qiymətinin düşməsindən sonra 2015-ci ildə 2 dəfə devalvasiya oldu. sonra strateji yol xəritəsi hazırlandı. Dövlət müəssisələrinin daha rentabelli fəaliyyətinin təmini, kadr potensialı, invesitisya qoyuluşu həmin strategiyada əksini tapıb. Digər məsələ odur ki, yağış yağdı və gördük ki, kanalizasiya sisteminin qurulmasına milyardlarla manat vəsait tələb olunur. Büdcədə ayrılmış xərclərin hər birini artırmaq lazımdır. Bu baxımdan biz büdcənin gəlirlərini artırmaq haqda düşünməliyik. Neftin qiyməti büdcədə 70 dollar nəzərdə tutulub. Rusiya-Ukrayna arasında müharibə gedir və Qərb ölkələri neftin qiymətinin aşağı düşməsi üçün addımlar atır. Səhmlərində dövlətin payı olan müəssisələrdən alınması proqnozlaşdırılan dividendin həcmi çox azdır. Onun da 450 milyon manatını Dövlət Neft Şirkəti, yerdə qalanlar isə 150 milyon manatını ödəyəcək. Bu, çox azdır. Biz özəlləşdirməyə getməliyik, bunsuz köklü dəyişiklik olmayacaq”.

Chosen
23
3
azpost.info

4Sources