EN

“Xəzər Evi Platforması” yaradılacaq

Bakı.Trend:

Bu gün COP29 çərçivəsində "Xəzər dənizi və davamlı inkişaf:ətraf mühitin mühafizəsi" adlı beynəlxalq konfrans keçirilib.

Trend xəbər verir ki,Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına DövlətDəstəyi Agentliyinin təşkilatçılığı ilə Yaşıl Zonada “Water”konfrans zalında baş tutan forumda Xəzəryanı ölkələrdən olan birsıra QHT nümayəndələri, tanınmış beynəlxalq ekspertlər iştirakedib.

Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiyaNazirliyinin Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsinin sədriGülbarə Sultanova Xəzərin problemlərinin həlli istiqamətindəQHT-lərin təşəbbüskarlığını yüksək qiymətləndirib.

İsveçrənin Qlobal Su, Ətraf Mühit və Sağlamlıq İnstitutununtəsisçisi Nidal Salim Xəzər dənizinin mühüm geostrateji əhəmiyyətdaşıdığını, onun üzləşdiyi çağırışların qlobal məzmuna malikolduğunu qeyd edib.
Mərkəzi Asiya Regional Ətraf Mühit Mərkəzinin rəhbəri VladimirQrebnev bildirib ki, Xəzər dənizi ölkələri ayırmır, əksinəbirləşdirir, onun üzləşdiyi problemlərin həlli də həmrəylik, birgəfəaliyyət, səfərbərlik tələb edir.

COP29 Təşkilat Komitəsinin üzvü, Azərbaycan RespublikasınınQeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçıdirektoru Aygün Əliyeva, BMT-nin COP29-da iqlim dəyişmələri üzrəyüksək səviyyəli çempionu, COP29 Təşkilat Komitəsinin üzvü NigarArpadarai, Azərbaycan Respublikası Milli Məclisinin deputatı AzərAllahverənov Azərbaycan dövlətinin Xəzərin ekoloji problemlərini ənvacib məsələlərdən biri kimi qəbul etdiyini, bu istiqamətdə fəal işapardığını vurğulayıblar.

“İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyininsədri Şəlalə Həsənova ilk dəfə Xəzərin ekologiyasına dairhazırlanmış virtual muzeyi auditoriyaya təqdim edib. Virtual muzeyböyük maraqla qarşılanıb.

Daha sonra konfrans panel müzakirələrlə davam edib.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramilİskəndərlinin moderatorluğu ilə keçirilən "Xəzər dənizinin hazırkiekosistemi: perspektivlər, təhdidlər və həll yolları” adlı birincipaneldə Azərbaycan Respublikasının Elm və Təhsil NazirliyininGeologiya və Geofizika İnstitutunun tədqiqatçı-alimi Vaqif Məmmədovtəqdimatla çıxış edib. O, bildirib ki, Xəzər dənizi yeraltıçaylarla digər su hövzələri ilə əlaqədardır, bunu onun canlıaləmində gölə xas olmayan canlılara rast gəlinməsi də nümayişetdirir.

V.Məmmədov qeyd edib ki, Xəzər dənizi barəsində akademiktədqiqatlar gücləndikcə, onun haqqında xeyli yeni məlumatlar ortayaçıxacaq.

Rusiya Federasiyasının Təbii Sərvətlər Nazirliyi yanında İctimaiŞurasının sədr müavini, Rusiya Federasiyasının əməkdar ekoloquSergey Mixayloviç Alekseyev, BMT-nin eksperti Aleksey Kokorin,Qazaxıstanın “Eko Mangistau” İctimai Birliyinin sədri KirillVladimiroviç Osin mövzu ətrafında məruzələrlə çıxış ediblər.

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzərdənizinin Hidrometeorologiya şöbəsinin müdiri Səid Səfərovunmoderatorluğu ilə keçirilən "Xəzəryanı ölkələrin vətəndaşcəmiyyətinin regional əməkdaşlığı: texnologiya və innovasiyalar"adlı ikinci paneldə Qazaxıstan Ekoforumunun rəhbəri, Mərkəzi AsiyaVətəndaş Cəmiyyəti İqlim Şəbəkəsinin sədri Svetlana Mogilyuk,Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizisahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiyaelmlər doktoru, professor Əmir Əliyev, Rusiya FederasiyasınınÇelyabinsk Dövlət Universitetinin su qruplaşmalarılaboratoriyasının müdiri Korlyakov Konstantin Aleksandroviç,Türkmənistanın Təbiəti Mühafizə Cəmiyyətinin (“Tebigy Kuwwat”)rəhbəri Berkeli Atayev müxtəlif təqdimatlarla çıxış ediblər.

Yekunda Xəzəryanı ölkələrin QHT-ləri Xəzərin ekologiyasınınqorunması üçün birgə səylər göstərilməsi üçün “Xəzər EviPlatforması”nın yaradılmasını qərara alıb.

Chosen
41
9
az.trend.az

10Sources