“Monako”nun 18 yaşlı hücumçusu Corc İlenikena Korbey-Esonda (Eson departamenti, Evri dairəsi, Fransa) hücuma məruz qalıb və qarət edilib.
Arena.az bu barədə “Le Parisien” dərgisinin yerli polisə istinadı əsasında məlumat verir.
Bildirilir ki, hadisə noyabrın 18-i şənbədən bazar gününə keçən gecə nigeriyalı futbolçu şənlikdən çıxarkən baş verib.
“Monako”nun gənc oyunçusu dostu ilə avtomobilində əyləşərkən Qustav Eyfel küçəsində dörd nəfərdən çox naməlum şəxsdən ibarət silahlı dəstənin hücumuna məruz qalıb. Qəsbkarlar futbolçudan bahalı ayaqqabı, “iPhone” və “Volkswagen Golf” avtomobilinin açarını götürüblər. Oğurluqdan sonra quldurlar avtomobili vurub-sındıraraq yaxınlıqda tərk ediblər.
Hadisə zamanı futbolçunun özü xəsarət almayıb. Hazırda polis, cinayəti törədən şəxslərin axtarışını davam etdirir. Yerli DCT 91 (cinayətkarlığa qarşı mübarizə şöbəsinin yerli bölməsi) araşdırma aparır.