EN

“Bu, Ukrayna üçün həyati əhəmiyyət kəsb edir”

“NATO-ya üzvlük hüququ Ukrayna üçün həyati əhəmiyyət kəsb edir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski teleqram kanalında məlumat verib.

Zelenski xatırladıb ki, Ukrayna üçün təqdim etdiyi qələbə planı ölkənin Şimali Atlantika Alyansına dəvət olunması ilə başlayır.

“Dəvət siyasi addımdır. Bu, tərəfdaşların təhlükəsizlik şərtlərini əsaslı şəkildə dəyişdirməyən və NATO müqaviləsinin Ukrayna üzrə 5-ci maddəsinin dərhal qüvvəyə minməsi demək olmayan addımdır”, - o yazıb.

NATO müqaviləsinin 5-ci maddəsində qeyd olunur ki, ittifaq ölkələrindən birinə hücum bütün İttifaqa hücum hesab olunur.

Chosen
50
3
qafqazinfo.az

5Sources