EN

Təyyarə pəncərələri niyə yuvarlaq olur? - MARAQLI SƏBƏB

Bütün təyyarə pəncərələrinə fikir versəniz, onların kvadrat deyil, yuvarlaq formada olduğunu görərsiniz. 

Maraqlıdır, bu niyə belədir? Niyə təyyarə pəncərələri yumru olur?

Bu barədə Hit.az-ın əməkdaşının sualına pilot Samir Nuriyev cavab verib. 

Onun sözlərinə görə, hər bir təyyarə pəncərəsi üç qatdan ibarətdir:

“Bu 3 qat pəncərə şüşədən deyil, akril plastik materialdan hazırlanır. Xarici qat ən qalın olanıdır. Orta qatda təzyiqi balanslaşdırmaq üçün kiçik dəlik var. Təzyiq bu dəlikdən keçərək, xarici qatın üzərinə yayılır. Üçüncü və daxili qat isə pəncərəni fiziki zədələrdən qoruyur. 

İlk illərdə bu pəncərələr kvadrat formaya sahib idi. Belə pəncərələrdən biri də İngiltərə istehsalı olan təyyarə idi. Bu təyyarə 1954-cü ildə 56 sərnişin və ekipaj üzvlərinin ölümünə səbəb olan iki qəza keçirdi.

Araşdırmalardan sonra qəzanın pəncərələrdən qaynaqlandığı məlum oldu. 

Belə ki, yüksək hündürlükdə atmosfer təzyiqi daha aşağı olur. Sərnişinlərin rahat nəfəs ala bilməsi üçün təyyarənin içərisində təzyiq normallaşdırılır. Daxili və xarici təzyiq fərqi səbəbindən bu pəncərələr üzərində gərginlik yüksək həddə olur. Əlavə olaraq, kvadrat pəncərə olduğu zaman künclərə daha çox gərginlik düşür. Bu da künc hissələrin çatlamasına və parçalanması ilə nəticələnir. Yuvarlaq pəncərələrdə künc olmadığı üçün bu gərginlik şüşə üzərində yayılaraq, balanslaşır".

Murad

Chosen
29
hit.az

1Sources