EN

Böyük 20-lər sammiti başlayıb. O, nədir?

Bu həftə Braziliyada G20 sammiti başlayıb.

Sammit BMT-nin Bakıda COP29 iqlim konfrasının davam etdiyi bir vaxtda keçirilir və liderlər də dayanıqlı inkişaf və təmiz enerjiyə keçidin müzakirəsi üçün toplaşıblar.

Bu sammit həm də rəhbərliyi dövründə ölkəsini Paris razılaşmasından çıxarmış ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trump-ın iki ay sonra vəzifəsinə başlayacağı, ABŞ-ın Ukraynaya öz uzaqmənzilli raketləri ilə Rusiyanı vurmağa icazə verdiyi bir vaxta təsadüf edir.

Keçən il olduğu kimi, bu il də Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi günü başlamış sammitdə iştirak etmir. Onun üzərində Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarı var. Putin bundan əvvəl deyib ki, sammitin işini “pozmamaq” üçün ona qatılmayacaq.

Rusiya nümayəndə heyətinə yenidən xarici işlər naziri Sergey Lavrov başçılıq edir.

COP29-un ikinci həftəsində ümid və nikbinlik hiss olunur - təhlilÇox mübahisəli COP29: iqlim danışıqları “artıq effektiv deyil”COP29-a kimlər gəlib? Braziliya

Şəklin mənbəyi, Getty Images

Chosen
30
bbc.com

1Sources