EN

Hindistan Rusiyadan almaz idxalını 25 dəfə azaldıb

2024-cü ilin sentyabrında Hindistan Rusiyadan almaz idxalını keçən ilin eyni dövrü ilə müqayisədə 25 dəfə azaldıb.

NOCOMMENT.az xəbər verir ki, “İnterfaks” bu barədə Hindistanın Ticarət və Sənaye Nazirliyinə istinadən məlumat yayıb.

İdxal 1,5 milyon dollar təşkil edib, Hindistan 2023-cü ilin sentyabrında 112 milyon dollar dəyərində rus almazını idxal edib. İddia olunur ki, kəskin azalma Yeddilik Qrupu (G7) tərəfindən Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqi ilə bağlıdır.

Hindistana ən böyük qiymətli daş tədarükçüləri BƏƏ (bu ilin sentyabrında 581 milyon dollar), Honq-Konq (448 milyon dollar) və Belçika (186 milyon dollar) olaraq qalır.

Chosen
47
nocomment.az

1Sources