EN

Pentaqon Kiyevə 275 milyon dollarlıq hərbi yardımEDƏCƏK

ABŞ Müdafiə Nazirliyi Ukraynaya 275 milyon dollarlıq hərbi yardım paketi köçürməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Paketə hava hücumundan müdafiə sistemləri, HIMARS reaktiv yaylım atəşi sistemləri, 105 və 155 mm-lik mərmilər, tank əleyhinə Javelin sistemləri, digər avadanlıq və ehtiyat hissələri daxil olduğu bildirilir.

Bundan əvvəl ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Vaşinqton yaxın günlərdə Kiyevə hərbi yardımın yeni partiyasını elan etməyi planlaşdırır.

Türkan İSGƏNDƏRLİ

Chosen
52
3
redaktor.az

2Sources