EN

“Bitkoinin qiyməti 100 min dolları keçə bilər” - Ekspert

ABŞ-də yeni seçilmiş prezidenti Donald Trampın gələcək administrasiyasının kriptovalyuta qaydalarını yumşaldacağına dair vədləri fonunda bitkoin bahalaşmaqda davam edir. Hazırda onun qiyməti 91,985 dollara çatıb.
Bitkoin 1,75 trilyon dollarlıq bazar dəyəri ilə gümüşü geridə qoyaraq dünyanın 8-ci ən dəyərli sərvətinə çevrilib.

Əsas kriptovalyutanın bahalaşması ilə bağlı Bakupost.az -a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, bitkoin bazarının kapitallaşması ilə bağlı bir neçə iri şirkət tərəfindən böyük yatırımlar edilib. Bu da bazarın aktivləşməsinə və qiymətlərin bahalaşmasına gətirib çıxarıb:



“Lakin bu bahalaşma qlobal iqtisadiyyatın gələcəyi ilə bağlı investorlarda yaranan şübhələrdən də qaynaqlanan bir davranışın nəticəsidir. Bitkoin hazırda iqtisadi əsaslara görə artmır. ABŞ-nin bu məsələ ilə bağlı mövqeyinin dəyişməsi ajiotaj yaratdı, bu da bitkoinin qiymətinin qalxmasına səbəb oldu. Ancaq bu prosesin hansı mərhələyə kimi davam edəcəyini dəqiq proqnozlaşdırmaq olmur. Texniki analizlər bitkoinin qiymətinin hətta 100 min dollar həddini keçəcəyini də söyləməyə əsas yaradır”.

Sevinc,
BakuPost
Chosen
16
14
bakupost.az

10Sources