EN

Böyük Vətən müharibəsi iştirakçılarının, 20 Yanvar əlillərinin sayı açıqlanıb

Azərbaycanda hazırda həyatda olan 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının sayı açıqlanıb.

Modern.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024-cü il oktyabrın 1-i vəziyyətinə 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının sayı 18 nəfər təşkil edib. Onların aldığı Prezident təqaüdünün orta aylıq məbləği 330 manata bətabərdir.

Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinin də sayı açıqlanıb. Belə ki, 31 belə ailəyə ayda 600 manat Prezident təqaüdü verilir.

1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin hazırkı sayı 229 nəfər təşkil edir. Bir nəfərə düşən Prezident təqaüdünün orta aylıq məbləği 381,35 manat təşkil edir.

1990-cı ilin 20 Yanvarında şəhid olan 88 nəfərin ailəsi də hazırda Prezident təqaüdü alır. Bu da bir nəfər üçün ayda ortalama 542,05 manata bərabərdir.


A.Qorxmaz

Chosen
24
modern.az

1Sources