EN

DTA ilə BMT Turizm Təşkilatı arasında niyyət sazişi imzalanıb (FOTO)

Bakı.Trend:

20 noyabrda COP tarixində ilk dəfə olaraq keçirilən “TurizmGünü” çərçivəsində Dövlət Turizm Agentliyi və BMT Turizm Təşkilatıarasında niyyət sazişi imzalanıb.

Trend xəbər verir ki, DövlətTurizm Agentliyinin sədri Fuad Nağıyev və BMT Turizm TəşkilatınınBaş Katibi Zurab Pololikaşvili arasında imzalanan sənəddə “TurizmdəTəkmilləşdirilmiş İqlim Fəaliyyəti Təşəbbüsü”nün uğurlu icrasıməqsədilə BMT-nin dayanıqlı turizmin təşviqinə cavabdeh olan qurumukimi BMT Turizm Təşkilatı ilə əməkdaşlıq etmək və birgə tədbirlərgörmək niyyəti ifadə olunur.

Sazişdə “Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyətiüzrə Nazirlərin Birinci Görüşü”ndə elan edilmiş “Turizm üzrəTəkmilləşdirilmiş İqlim Təşəbbüsü”ndə turizmin milli iqlimsiyasətinə daha yaxşı inteqrasiya edilməsi ilə yanaşı, sektoruniqlim məqsədlərinə uyğun şəkildə inkişaf etdirilməsi üçün qlobaləlaqələndirmə mexanizmi və tərəfdaşlıq platformasının dayaradılması nəzərdə tutulur.

Niyyət sazişi qeyd olunan əlaqələndirmə və tərəfdaşlıqplatformasının yaradılması üçün əlverişli zəmin formalaşdırmağı,həmçinin qeyd olunan təşəbbüslə başlayan prosesin növbəti dövrdə dədavam etdirilməsini təmin etməyi və turizm sektorunun az karbonluvə dayanıqlı gələcəyə töhfə verən sahəyə çevrilməsini dəstəkləməyihədəfləyir.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər yenilənəcək

DTA
Məqalədə:
Chosen
26
6
az.trend.az

9Sources