EN

Azərbaycan “UN Tourism” ilə sıx əməkdaşlığı davam etdirməyi planlaşdırır

Bakı. Trend:

Azərbaycan “UN Tourism” ilə sıx əməkdaşlığı davam etdirməyiplanlaşdırır.

Bu barədə Trend-in sualınacavab olaraq Dövlət Turizm Agentliyinin Aparat rəhbəri KənanQasımov bildirib.

"Biz “UN Tourism” ilə sazişin imzalanması istiqamətində sıxəməkdaşlığı davam etdirməyi planlaşdırırıq. Sazişin dəstəklənməsivə icrası “UN Tourism” və digər maraqlı tərəflərlə daimi səylər vəkoordinasiya tələb edir.

Məhz bu səbəbdən biz “UN Tourism” komitəsi ilə əməkdaşlıqedirik, fəaliyyətlərimizi inteqrasiya etmək və yeni iştirakçılarıncəlb olunmasını təmin etmək üçün razılaşdırırıq, onlara milliproseslər hazırlamaqda və milli əməkdaşlıq proqramlarındaiştiraklarını təmin etməkdə kömək edirik", - deyə o, COP29çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

K.Qasımov əlavə edib ki, ev sahibi ölkə kimi Azərbaycan iqlimdəyişikliyi ilə mübarizə və turizm siyasətinin inkişafınasadiqdir.

"Biz başa düşürük ki, turizmin iqtisadiyyatımızınşaxələndirilməsində əhəmiyyətli rolu olsa da, o, həmçinin, ətrafmühitə təsirin azaldılması üçün məsuliyyət daşıyır. Turizmsektoruna iqlim tədbirlərinin inteqrasiyasına müsbət yanaşma tətbiqedərək və onların əməkdaşlıq və inkişaf proqramlarına daxiledilməsini dəstəkləyərək, biz karbon neytrallığı məqsədlərinəçatmağa kömək edəcək bir turizm sektoru yaratmağa çalışırıq", -deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Chosen
49
az.trend.az

1Sources