EN

Fond sədri: Azərbaycanlı turistlərin təhlükəsizliyini təmin edən bir sıra layihələr hazırlamışıq

Qırğızıstandan olan turistlər Azərbaycana səfər etməyə böyük maraq göstərirlər.

Bu barədə “Report”a müsahibəsində Qırğızıstanın Turizmin İnkişafına Dəstək Fondunun sədri Kılıçbek Rısaliyev bildirib.

Azərbaycanla əməkdaşlıqdan danışan fond sədri Bakı və Bişkek arasında birbaşa hava əlaqəsinin qurulmasının vacibliyini vurğulayıb: “Bu, qarşılıqlı turist axınının artmasına kömək edəcək”.

"Biz qırğızıstanlıların Azərbaycana artan marağını görürük. Bir çox vətəndaşımız ölkənizi ziyarət etmək istəyir, öz növbəmizdə biz də Azərbaycandan turistlər gözləyirik. Bunun üçün onların təhlükəsizliyini və rahatlığını təmin edən bir sıra layihələr hazırlamışıq. Məsələn, hava limanında məlumat stendləri yaratmışıq və münasib qiymətə rahat mikroavtobuslarla lazımi yerlərə çatmağa imkan verən “GoBus” marşrutları təşkil etmişik", - K.Rısaliyev bildirib.

Onun sözlərinə görə, Qırğızıstan qonaqlar üçün müxtəlif turizm növləri təklif edir.

"İlk növbədə, audio bələdçidən turistlərin görməli yerlər haqqında məlumatlar dinləyə biləcəyi xüsusi avtobuslarla paytaxta ekskursiyalardır. Bundan əlavə, ölkəmiz təbiət gözəllikləri ilə məşhurdur: dağ dərələri, ekoloji cığırlar və əlbəttə ki, Mərkəzi Asiyanın əsas möcüzələrindən biri olan unikal İssık-Kul gölü", - o qeyd edib.

Chosen
22
report.az

1Sources